Misli Premyer Liqasının XXVI turunun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyunu Şamaxıda baş tutacaq. Bölgə klubu doğma meydanda “Sabah”ı qəbul edəcək.
Paytaxt təmsilçisi turnir cədvəlində 34 xalla beşinci, “şirlər” isə 24 xalla yeddinci pillədə qərarlaşıb.
9 Mart, XXVI tur
15:00 “Şamaxı” – “Sabah”
Şamaxı OİK