AZ

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Bakı, 9 mart, AZƏRTAC

Bu gün Misli Premyer Liqasının XXVI turun növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və "Sabah" komandaları çıxacaqlar. Görüş 15:00-da başlayacaq. Bölgə təmsilçisi 24 xalla 7-ci, Bakı klubu isə 34 xalla beşinci sıradadır.

Günün ikinci matçında isə "Zirə" "Səbail"i qəbul edəcək. Qarşılamanın start fiti 17:30-da səslənəcək. Meydan sahibləri 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Seçilən
10
2
azertag.az

3Mənbələr