Mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, mübahisə zəmnində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.
Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.