AZ

Milanın geridönüşü: hər iki komanda 0:2-dən 3:2-yə!

Əbədi rəqiblər - "İnter" və "Milan" hazırkı turda oyunun gedişində 0:2 hesabı ilə geri düşmələrinə baxmayaraq, yekunda eyni 3-2 hesablı qələbə qazana biliblər.

İdman.biz xəbər verir ki, "Opta"nın araşdırmasına əsasən, ilk dəfə Milan şəhərinin hər iki təmsilçisi eyni gündə belə bir nəticəyə imza atıb.

"İnter" evdə "Montsa", "Milan" isə səfərdə "Leççe" ilə qarşılaşmalarda qapılarından iki top buraxdıqdan sonra geridönüş ediblər.

Qeyd edək ki, "Rossoneri" 2011-ci ildə həmin "Leççe" ilə qarşılaşmanın gedişində 0:3 hesabı ilə məğlub vəziyyətə düşsə də, Kevin-Prins Boatenqin het-triki sayəsində yekunda 4:3 hesablı qələbə qazanmışdı.

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr