AZ

Mingəçevirdə yeniyetmə BIÇAQLANDI

Mingəçevirdə yeniyetmə bıçaqlanıb

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Mübahisə və münaqişə  zəminində 2009 -cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetməyə xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub, saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Ehtiram Muradov

Seçilən
14
unikal.az

1Mənbələr