AZ

“Sabah” Şamaxı səfərində, “Zirə” autsayderə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun iki qarşılaşması baş tutacaq.

Msport.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Sabah”ı qəbul edəcək. Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 15:00-da start götürəcək.

Masazır klubu son 9 görüşdə qol vurub, son 4 oyunda isə meydan sahibi olan komanda uduzmayıb.

Günün digər matçında “Səbail” “Zirə”nin qonağı olacaq. Saat 17:30-da başlayacaq oyunun referisi Tural Qurbanov olacaq.

“Dənizçilər” son 7 oyunda qələbə qazanmayıb. “Qartallar” isə son 3 matçda qalib gəlib.

25 turdan sonra “Zirə” 48 xalla 2-ci, “Sabah” 34 xalla 5-ci, “Şamaxı” 24 xalla 7-ci, “Səbail” isə 18 xalla sonuncudur.

Qeyd edək ki, ötən gün “Qarabağ” “Araz-Naxçıvan” səfərində 3:1 hesablı qələbə qazanıb. Tura sabah keçiriləcək “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart

15:00.”Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu

17:30. “Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İK stadionu

Seçilən
13
11
msport.az

10Mənbələr