Bakı. Trend:
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünyakuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinalmərhələsinin görüşləri keçirilib.
Trend-inməlumatına görə, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzəgəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raunduxeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27,30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla(Qazaxıstan) döyüşəcək.
Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), ÖzləmHəsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isəturniri bürünc medalla başa vurublar.