Bu gün ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 313 turnirində yarım ağır çəkidə baş tutan əsas döyüşdə Maqomed Anqalayev və Aleks Pereyra üz-üzə gəldi.
Offsideplus.az xəbər verir ki, döyüş beş raund davam etdi və hər iki döyüşçü güclü performans nümayiş etdirdi. Anqalayev əsasən güləş bacarıqlarından istifadə edərək rəqibini çətin vəziyyətə salmağa çalışdı, Pereyra isə zərbələri ilə üstünlük qazanmağa cəhd etdi.
Beş raundun sonunda hakimlərin yekdil qərarı ilə qalib Maqomed Anqalayev oldu. Beləliklə, o, UFC yarım ağır çəki dərəcəsinin çempionu oldu.