“Milan”ın baş məşqçisi Serji Konseysau A Seriyasında “Leççe”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çempionlar Liqasını tərk etməyimizin müsbət tərəfləri də var – indi daha çox məşq edə bilərik. Bu, oyunlarda həyata keçirmək istədiklərimizin üzərində işləmək üçün fürsətdir. Bəzi şeyləri avtomatlaşdırmaq lazımdır. Əlimizə düşən vaxtdan maksimum yararlanmalıyıq”.
“Milan” A Seriyasında 28 turdan sonra 44 xalla 8-ci sıradadır.