AZ

Maqomed Ankalaev Aleks Pereyranı məğlub edərək UFC çempionu olub

Rusiya döyüşçüsü Maqomed Ankalaev UFC 313 turniri çərçivəsində növbəti döyüşünü keçirib.

İdman.biz xəbər verir ki, Las-Veqasda (ABŞ) baş tutan turnirin ilk əsas döyüşündə o, braziliyalı rəqibi Aleks Pereyra ilə qarşılaşıb.

Mübarizə beş raund davam edib və hakimlərin yekdil qərarı ilə rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Pereyra birinci raundun ilk saniyələrdən aktiv şəkildə aşağı zərbələrdən istifadə edib. Lakin Ankalaev ikinci raundda daha aqressiv döyüş tərzi nümayiş etdirərək təşəbbüsü ələ alıb. Üçüncü raund da gərgin keçib. Dördüncü raundda Maqomed güləş fəndlərinə üstünlük verib. Demək olar ki, bütün raundda üstünlük Ankalayevin tərəfində olub. Həlledici raundda rusiyalı döyüşçü daha inamlı mübarizə aparıb və qarşılaşmanın qalibi olub. O,
yüngül çəkidə UFC-nin çempion titulunu əldə edib.

Qeyd edək ki, 32 yaşlı Ankalayevin hesabında artıq 21 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə var. 37 yaşlı Pereyra isə 12 qələbəyə sevinib. Onun 3 məğlubiyyət olub.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr