AZ

Bir boksçumuz finala yüksəldi, üçü bürünc medal qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kiloqram) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.

Digər boksçularımızdan Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) isə turniri bürünc medalla başa vurublar.

Seçilən
34
15
hakimiyyet.az

10Mənbələr