Həkim Karles Minaryo Qarsiyanın qəfil ölümü ilə əlaqədar İspaniya La Liqasının XXVII turundan təxirə salınan "Barselona" - "Osasuna" matçının yeni tarixi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, qaşılaşma ya aprelin 26-da, ya da mayın 21-də keçiriləcək.

Əgər Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırarsa və İspaniya Kubokunun finalına çıxa bilməzsə, belə olan halda azarkeşlər bu görüşü nisbətən tez - aprelin 26-da izləyə biləcəklər. "Barselona"nın hər iki turnirdə finala çıxması isə qarşılaşmanın mayın 21-dən baş tutmasına imkan verməyəcək.

Xatırladaq ki, 40 yaşlı Karles Minaryo Qarsiya dünən axşam saatlarında qəfil dünyasını dəyişib. Bu xəbəri oyunun startına təxminən 40 dəqiqə qalmış alan "Barselona"nın futbolçu və məşqçi heyəti şok keçirdiklərinə görə meydançaya çıxa bilməyiblər.