AZ

ABŞ Rusiyanın “kölgə donanmasını” izləyəcək G7 strukturunun yaradılmasına qarşı çıxıb

Bakı. Trend:

ABŞ, Kanadada keçiriləcək "G7" xarici işlər nazirləriningörüşünə hazırlıq zamanı Rusiya neftini daşıyan “kölgə donanmasını”izləyəcək struktur yaratmaq təklifini rədd edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyimənbələrə istinadən xəbər verib.

"ABŞ Kanadanın "kölgə donanması"nın axtarışı üçün strukturyaratmaq təklifini rədd etdi", - deyə bildirilib.

Məlumata əsasən, Vaşinqton G7 çərçivəsində “RusiyaFederasiyasına qarşı sanksiyalardan yayınma hallarını müəyyən edənstruktur” yaratmaq ideyasından imtina edib.

Bundan əlavə, ABŞ G7 xarici işlər nazirləri adından kommünikedəRusiya ilə bağlı bölmədə “sanksiyalar” sözünün qeyd edilməsinəqarşı çıxıb.

Seçilən
14
az.trend.az

1Mənbələr