Bu gün Misli Premyer Liqasının 26-cı turunda daha iki görüş keçiriləcək.
Offsideplus.az xəbər verir ki, saat 17:30-da "Zirə" sonuncu yerdə qərarlaşan "Səbail"i sınağa çəkəcək. Matç Zirə İdman Kompleksinin stadionununda keçiriləcək. Bu mövsüm tərəflər arasında keçirilən iki görüşdə də Zirə təmsilçisi qalib gəlib.
17:30 “Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Zirə İdman Kompleksinin stadionu