Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala vəsiqə qazanıb.
O, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.