Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Zidan Hümbətov (54 kq) finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.
Görüş Hümbətovun qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçu rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.
Digər Azərbaycan boksçularından Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.