AZ

Boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazandı

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, o, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.

Azərbaycanın digər boksçularından Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.

Seçilən
44
15
bakivaxti.az

10Mənbələr