Yazını böyüt
Yazını kiçilt
ABŞın Las şəhərində “UFC-313” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və Castin Geyci arasında döyüş keçirilib.
Hafta.az xəbər verir ki, 3 raundun sonunda həmyerlimiz R. Fiziev ABŞ təmsilçisi olan rəqibinə uduzub. Geyci hakimlərin qərarı ilə Fiziyevi ümumi hesabda üstələyib - 29:28.
Qeyd edək ki, Geyci əvvəlcə Den Hukerlə döyüşməli idi, lakin onun yeni zellandiyalı rəqibi zədə səbəbindən geri çəkilib və Fiziyev qısa müddətdə döyüşü qəbul edib.
Xatırladaq ki, 2023-cü ilin martında "UFC 286" turnirində də R.Fiziyev C.Qeyciyə məğlub olmuşdu.