AZ

Üç ölkəyə pis xəbər: Ukraynaya qoşun göndərə bilməzlər

“Avropa ölkələrinin Ukraynaya mümkün sülhməramlı yerləşdirilməsi ilə bağlı müzakirələri absurddur”.

Turkustan.az xəbər verir ki, bunu Avropa Parlamentinin Slovakiyadan olan deputatı Luboş Blaha deyib.

O qeyd edib ki, sülhməramlılar obyektiv olmalıdır:

“Lakin Qərb uzun müddətdir Ukraynadakı münaqişənin bir hissəsinə çevrilib. İsveç, Böyük Britaniya və Polşa kimi ölkələr Rusiyaya qarşı tarixi nifrətlərinə görə qərəzsiz sayıla bilməz. Sülhməramlılar neytral olmalıdır. Məsələn, Braziliya, Çili və Paraqvay kimi…”.

Blaqa həmçinin bildirib ki, sülh razılaşması əldə edildikdən sonra BMT-nin sülhməramlı kontingenti Ukraynaya yerləşdirilə bilər:

“Amma bu, ingilislər, polyaklar və ya isveçlər ola bilməz. Çünki onlar rusofob xalqlardır”.

Qeyd edək ki, bundan əvvəl bəzi ölkələr Ukraynaya hərbi kontingentin göndərilməsinin tərəfdarı olduğunu açıqlayıb./Globalinfo.az

Seçilən
11
turkustan.az

1Mənbələr