AZ

Bəhlul Mustafazadə: "Həmin hərəkətin qarşılığı bundan da artıq ola bilərdi" - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin Sport24.az-a müsahibəsi

- Premyer Liqanın XXVI turunda "Araz-Naxçıvan"nı 3:1 hesabı ilə məğlub etdiniz. Matçla bağlı fikirlərin necədir?

- Gözlənildiyi kimi gərgin oyun keçdi. Həm bizim, həm də azarkeşlər üçün maraqlı qarşılaşma alındı. "Araz-Naxçıvan" kifayət qədər yaxşı rəqibdir. 1:0-dan sonra iki qol vurub, geridönüş etdik və qalib gəldik. Buna görə şadıq.

- Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqlarını verdi? İlk hissədə o qədər də dominant futbol sərgiləmirdiniz...

- Əlavə bir şey dediyini xatırlamıram. Sadəcə, öz oyunumuzu, öz prinsiplərimizi daha da çox yerinə yetirməli olduğumuzu xatırlatdı. Bununla da sonda qalib gəldik.

- Son dəqiqələrdə meydanda insident yaşandı. Nələr baş vermişdi?

- Səhv etmirəmsə, Musa Qurbanlıya bilərəkdən zərbə endirdilər. Göstərilən reaksiya da çox normaldır. Bu epizodda Musa özünü daha təmkinli apardı. Həmin hərəkətin qarşılığı bundan da artıq ola bilərdi.

- "Araz-Naxşıvan" ölkə kubokun yarımfinalında da sizin rəqibinizdir. Necə düşünürsən, bu komandanı təhlil edə bildiz?

- Əlbəttə. Onsuz da biz "Araz-Naxçıvan"ın oyunlarını izləyirdik. Bilirdik ki, yaxşı komandadır. Düşünürəm ki, gələn oyunda bundan da daha yaxşı olacaq. Buna görə də biz də daha yaxşı olmağa çalışacağıq.

- Hazırda Premyer Liqada lidersiz, kubokda isə yarımfinaldasız. Səncə, "qızıl dubl" edə biləcəksiniz?

- "Qarabağ"da hər zaman məqsədi budur. Keçən il də olduğu kimi bu mövsüm də məqsəd "qızıl dubl" etməkdir. Bunun üçün şansımız da var. Maksimumu reallaşdırmaq niyyətindəyik.

- Milli komandanın da üzvüsən. Martda Haiti və Belarusla yoldaşlıq görüşlərinə çıxacağıq. Bu rəqiblər və oyun haqda nə düşünürsən?

- Belarusa qarşı oyunlar keçirmişik. Onları tanıyırıq. Düzü, Haiti yığması ilə bağlı o qədər də məlumatım yoxdur. Milliyə getdiyim zaman rəqibləri analiz edəcəyik. Ona uyğun da hazırlaşacağıq.

- Yoldaşlıq görüşləri olsa da, nəticələr FIFA reytinqinə təsir edəcək. Komanda bu görüşlərdə qələbə qazana bilər?

- Elə bizim də məqsədimiz öz meydanımızda qələbə qazanmaqdır. Evdə oynayacağıq, buna görə də əsas hədəf qalibiyyətdir.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr