Yazını böyüt
Yazını kiçilt
Milli Kitabxanada xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edən “10 mart - Milli Tеatr Günü” adlı geniş kitab sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan hafta.az-a bildirilib ki, sərgidə Azərbaycan teatrının tarixi, təşəkkülü, inkişaf tarixi, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, sənət ocaqlarının fəaliyyəti, görkəmli, məşhur, unudulmaz, fədakar teatr xadimləri, səhnə fədailəri və s. haqqında, müəlliflərin apardıqları elmi-nəzəri teatrşünaslıq araşdırmaları Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.