“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim hesab edir ki, Avropa Liqası UEFA Çempionlar Liqasından dəfələrlə çətindir.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mənim baxışıma görə, Avropa Liqası UEFA Çempionlar Liqasından dəfələrlə çətindir. Oyunların özləri deyil, oyunlardan sonrakı bərpa, hansı ki, ardınca istirahət günlərində İngilərə Premyer Liqasında çıxış etmək lazım gəlir. Odur ki, bizə, bunun öhdəsindən gəlmək gərək olur”, deyə Amorim bildirib.
Xatırladaq ki, Avropa Liqasının oyunları cümə axşamlarında, İngiltərə Premyer Liqasının oyunları isə şənbə və bazar günlərində baş tutur. Odur ki, Amorim komandanın bərpası üçün vaxt azlığından gileylidir.
Xatırladaq ki, “Mançester Yunayted” cari mövsüm Avropa Liqasının 1/8 finalında mübarizə aparır. “Qırmızı şeytanlar” ilk oyun çərçivəsində səfərdə “Real Sosyedad”la 1:1 hesablı heç-heçə oynayıblar.
Cavab oyunu çərçivəsində “Mançester Yunayted” “Real Sosyedad”ı martın 13-də “Old Trafford”da qəbul edəcək.
Əlavə edək ki, “qırmızı şeytanlar” Avropa Liqasının qalibi olmağa əsas namizəd qəbul edilirlər.