Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, o, “UFC 313” turnirində ABŞ-ni təmsil edən Castin Qeyci ilə üz-üzə gəlib. Üç turun yekununda Fiziyev rəqibinə məğlub olub.
Tərəflər daha əvvəl – 2023-cü ilin martında “UFC 286” turnirində üz-üzə gəlmişdi. Bu görüş də Fiziyevin məğlubiyyəti ilə başa çatmışdı.