AZ

“Neftçi” 4-5 nəfərə görə uduzubmuş... ORUC TUTMAYIN!

«Neftçi» Premyer Liqanın 25-ci turunda gözlənilməz məğlubiyyət aldı.

«Ağ-qaralar» Tovuz səfərində «Kəpəz»ə 0:1 hesabıyla uduzaraq, Bakıya xalsız döndü.

Qeydə alınan nəticə Samir Abasovu özündən çıxarıb. Baş məşqçi matçdan sonra komanda üzvləri ilə toplantı keçirib, ayrı-ayrı futbolçuların ünvanına iradlar səsləndirib.

Çalışdırıcı bildirib ki, oyun günü oruc tutmaq problem yaradır. O, oyunçularından orucu qəza etmələrini istəyib.

Abbasov deyib ki, onları martın sonunadək bir-birindən ağır qarşılaşmalar gözləyir, 4-5 nəfərə görə komanda tonusdan düşməməlidir.

Sükançı turnir cədvəlinin 6-cı pilləsində mövqe tutduqlarını xatırladıb, daha yaxşı yerlərə gəlmək üçün hamının bir məqsəd ətrafında birləşməli olduğunu söyləyib.

SPORTİNFO.AZ

Seçilən
88
1
sportinfo.az

10Mənbələr