"Döyüşə razılıq vermək çox çətin qərar idi. Biz sözün əsl mənasında, UFC rəhbərliyinə gözləmək, kəmər uğrunda döyüşü təxirə salmaq və titul görüşündə məni əsas namizəd kimi saxlamaq üçün yalvarırdıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri rusiyalı idmançı Maqomed Anqalayev UFC313 turniri ilə bağlı danışrakən deyib.
Bu gün yarımağır çəkidə Aleks Pereyra üzərində qələbə qazanaraq, karyersında ilk dəfə UFC kəmərinə yiyələnən M.Anqalayevin komandası müqəddəs Ramazan ayına görə döyüşün təxirə düşməsinə çalışıb. Lakin yarış təşkilatçılarından mənfi cavab aldıqdan sonra çıxış yolu qalmayıb: "Biz komanda olaraq bilirdik ki, bu, uzun müddətdir getdiyimiz hədəfə çatmaq üçün yeganə imkandır. Şansı qaçırmaq heç də yaxşı seçim olmazdı. Ramazan ayı olmasına baxmayaraq, fürsətdən yararlanmağa və bütün bacardığımızı göstərməyə çalışdıq".