Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib.Bakupost.az xəbər verir ki, 32 yaşlı idmançı turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib.Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub - 29-28, 29-28, 29-28.Xatırladaq ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev Castin Qetjiyə məğlub olmuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta