AZ

Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı

"Suriyada vəziyyətin qeyri-sabit olmasına görə məsuliyyət o cümlədən "Hizbullah" hərəkatının üzərinə düşür".

Oxu.Az "Al Arabiya" telekanalına istinadla xəbər verir ki, bunu Suriyanın Əl-Laziqiyyə əyalətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əd-Dik deyib.

O iddia edib ki, "Hizbullah" sahil rayonların bəzilərində bir sıra tərəflərə dəstək göstərib: "Hizbullah" və xarici dövlətlər Suriyanın bəzi sahil rayonlarında Bəşər Əsədi dəstəkləyən qüvvələrin qalıqlarına kömək edirlər".

Nümayəndənin sözlərinə görə, hazırda vəziyyətə 90 faiz nəzarət edilir.

Xatırladaq ki, martın 6-da ölkənin Tartus, Hüms və Əl-Laziqiyyə bölgələrində təhlükəsizlik qüvvələri və B.Əsədin tərəfdarlarının silahlı qrupları arasında toqquşmalar başlayıb.

Seçilən
7
2
turanpress.com

3Mənbələr