AZ

ABL: Bu gün 17-ci tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, B qrupunda iki oyun baş tutacaq.

Saat 14:00-da "Gəncə" "Lənkəran"ı qəbul edəcək. Meydan sahibləri 28 xalla ikinci, qonaqlar 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.

Tur saat 19:00-da "Sumqayıt" - "Ordu" görüşü ilə başa çatacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla dördüncü, "hərbçilər" 27 xalla üçüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.

Seçilən
3
fanat.az

1Mənbələr