AZ

Ağarzayev və Tixonov Dünya kuboku finallarının son günündə

Bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kuboku son finallarla başa çatacaq.

İdman.biz xəbər verir ki, qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan idmançıları da bu gün iki finalda çıxış edəcəklər: Murad Ağarzayev dayaqla tullanmada, İvan Tixonov isə turnikdə mübarizə aparacaq.

Qeyd edək ki, ötən gün Nikita Simonov halqalarla hərəkətlərdə qalib gəlib, Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr