"Suriyada vəziyyətin qeyri-sabit olmasına görə məsuliyyət o cümlədən "Hizbullah" hərəkatının üzərinə düşür".
Bizim.Media "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, bunu Suriyanın Əl-Laziqiyyə əyalətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əd-Dik deyib.
O iddia edib ki, "Hizbullah" sahil rayonların bəzilərində bir sıra tərəflərə dəstək göstərib:
"Hizbullah" və xarici dövlətlər Suriyanın bəzi sahil rayonlarında Bəşər Əsədi dəstəkləyən qüvvələrin qalıqlarına kömək edirlər".
Nümayəndənin sözlərinə görə, hazırda vəziyyətə 90 faiz nəzarət edilir.
Xatırladaq ki, martın 6-da ölkənin Tartus, Hüms və Əl-Laziqiyyə bölgələrində təhlükəsizlik qüvvələri və B.Əsədin tərəfdarlarının silahlı qrupları arasında toqquşmalar başlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta