AZ

Səhər duş qəbul etmək, yoxsa axşam? - Hansı faydalıdır?

Duş qəbulu həm fiziki, həm də zehni rahatlama təmin edən bir rutindir.

Bəs səhər, yoxsa axşam duş qəbul etmək daha yaxşıdır?Medicina.az xəbər verir ki, gündəlik rutininizin ayrılmaz hissəsi olan duş qəbul etmək təkcə təmizlik üçün deyil, həm də ruhi və fiziki sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.

Səhər yuxusuzluq hiss edirsinizsə, sərin duş həqiqətən təravətləndirici ola bilər. Xüsusilə soyuq su ilə duş qəbul etmək qan dövranını sürətləndirir, enerji səviyyəsini artırır və günə daha canlı başlamanıza kömək edir.

Bundan əlavə, səhər duşu zehni olaraq daha gümrah hiss etməklə işdə və məktəbdə daha məhsuldar olmanıza kömək edə bilər.

Gün ərzində məruz qaldığımız ətraf mühit çirkləri, toz və tər kimi faktorlar bədənimizdə toplanır. Axşam duşu bu zərərli elementləri təmizləyir və dərinizi daha sağlam saxlayır.

Eyni zamanda isti duş əzələləri rahatlaşdıraraq rahatlamağa kömək edir və daha keyfiyyətli yuxuya getməyə imkan verir.

Əslində mütəxəssislər dəri sağlamlığı baxımından səhər və axşam duşunun heç bir fərqinin olmadığını bildirirlər.

Vacib olan duş qəbul edərkən suyun temperaturu, duşun müddəti və dərini qıcıqlandırmayacaq məhsulların seçimidir.

Beləliklə, ən sağlam duş vaxtı tamamilə şəxsi üstünlüklərdən və gündəlik rejimdən asılıdır.

Hansı vaxtı seçsəniz, ən vacib məqam dərinizə uyğun duş rejimi yaratmaqdır.

Seçilən
11
1
turanpress.com

2Mənbələr