“Bizi kədərləndirən şey bu qədər ciddi hazırlaşdığımız, rəqibin də çox səhvinin olduğu oyunda qalib gəlməməyimizdir”.
İdman.biz xəbər verir ki, bunu "Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya "Abşeron"la keçirdikləri oyundan (77:75) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, oyundakı müdafiə motivasiyası matçın əvvəlindən sonuna qədər eyni olmalıdır: “Əgər hücum ribaundları ala bilmirsənsə, erkən faullar etməsək, liqanın A qrupunda favorit ola bilmərik. Hər zaman eyni səviyyədə oynamağımız lazımdır. Bu matça yaxşı hazırlanmışdıq amma, təəssüf ki, müdafiədə xeyli səhvlərimiz oldu. Bəsit səhvlərə görə matçı uduzduq”.
Baş məşqçi səhvlərdən dərs çıxarmağın vacibliyini vurğulayıb: “Üzgünük, amma həyat davam edir. Ümidvaram liqanı gözəl şəkildə tamamlayarıq. Bilirik ki, qrupda neçənci olmağın önəmi yoxdur, pley-off oyunları oynayacağıq. İstəyimiz bu qədər çox məğlubiyyət almaq deyildi. Səhvlərimizdən dərs çıxarmalıyıq. Növbəti kubok oyunumuza motivasiya olmalıyıq”.
İdman.biz