Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb.
Moderator.az-ın məlumatına görə, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.
Onların hər ikisi bürünc mükafat əldə edib.