AZ

Juninyo 1 ay sonra oyuna çıxdı - “Marakana”da

style='margin-bottom:10px;'>

“Qarabağ”ın sabiq futbolçusu Juninyo yaşıl meydana qayıdıb.

QOL.az xəbər verir ki, o, komandası “Flamenqo”nun “Vasko de Qama”ya qarşı matçının iştirakçısı olub. Matç məşhur “Marakana” stadionunda keçirilib.

Karioka Liqasının yarımfinal mərhələsinin bu oyunu 2:1 hesabı ilə “Flamenqo”nun qələbəsi ilə başa çatıb (ilk oyun 1:0). Bu uğur sayəsində onlar finala yüksəliblər.

28 yaşlı Juninyo ehtiyat heyətdə yer alıb və 75-ci dəqiqədə meydana girib. O, qol vura bilməyib.

Qeyd edək ki, təxminən 1 ay əvvəl “Botafoqo” ilə matçda zədələnmiş və o vaxtdan oyuna çıxmamışdı.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr