Yazını böyüt
Yazını kiçilt
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Novxanı kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4 m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.