AZ

Elmarın harayı

APL-in 26-cı turu qalmaqalla başladı. “Araz Naxçıvan” – “Qarabağ” (1:3) qarşılaşmasının 80-ci dəqiqəsində Yassin Benzianın Felipe Santosa müdaxiləsindən sonra hakim oyunu dayandırdı. Gərginlik pik həddə çatdı və referi Kamal Umudlu ilk olaraq Felipe Santosa qırmızı, sonra Bəxtiyar Həsənalızadə, Karlos Jatoba (hər ikisi “Araz-Naxçıvan”), Marko Yankoviç, Musa Qurbanlıya (hər ikisi “Qarabağ”) sarı…

Oyunsonrası mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bu barədə suala belə cavab verib:

“Mən həmişə gördüyümü deməyə çalışmışam və nəyi də görmüşəm onu deyirəm. Heç kimdən də çəkinmirəm. Bəzən sizin həmkarlar mənim dediklərimi başqa yerə yozurlar ki, Elmar deyinir. Bir az etikadan çıxıram, amma həqiqəti həqiqət kimi göstərmək lazımdır. Neçə oyundur ki, bu baş verir. Hansı ki, bizim limitdə olan oyunçulara çox rahat şəkildə “sarı” verirlər. Bu, uzun mövzudur. Ümid edirəm ki, komanda olaraq belə çətinlikləri adlayacayıq. Mənə də təəccüblü gəldi ki, 20 nəfər komanda şəklində mübahisə edir. Amma bir nəfəri günahkar çıxartmaq, acizlikdir. Yenə də fikirləşirlər ki, Santosu sındırmaqla bizə təsir edəcəklər, əfsuslar olsun”.

1-ci pillədə lövbər salan “Qarabağ” ən yaxın rəqibini 15 xalla qabaqlayır. Azarkeşlər haray edir: bizim hakim dəstəyinə ehtiyacımız yoxdur.

Bu hal “atlılar”ı dilə-dişə salır, qınaq hədəfinə gətirir.

Matçın baş hakimi Kamal Umudlunun da adı qalmaqallarda az hallanır və qərəzli olduğunu düşünən yoxdur. Hakimlərin metodiki və ya performans səhvlərinin bəlaya çevrildiyini dəfələrlə qeyd etmişik.

Sırf hakim qətiyyəti çatışmadığı üçün böyüyən, şişən məsələdən nə qədər zərərçəkən oldu.

Elmarın harayı isə diqqət çəkir. Haqlıdır, qarışıq epizodda yalnız Santos qırmızı vərəqə göstərmək birmənalı qarşılanmadı, şübhələr, qalmaqal yaratdı.

Əcəba, adətən hakim simpatiyasında ittiham olunan “Araz Naxçıvan” bu dəfə özü qurban getdi…?

Kamil Əhməd

Seçilən
15
futbolpress.az

1Mənbələr