AZ

Çin, Rusiya və İran hərbi dəniz təlimləri keçirəcək

Çin, Rusiya və İran İranın Çabahar limanı yaxınlığındakı sularda birgə hərbi dəniz təlimləri keçirəcək.

Bu barədə Çin Müdafiə Nazirliyi məlumat verib və təlimlərin martın birinci yarısında baş tutacağını qeyd edib. 

Departamentin saytında deyilir: “Çin, Rusiya və İranın hərbi dəniz qüvvələri martın birinci yarısında birgə təlimlər keçirəcək”.

Bundan əvvəl beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, Belarus Müdafiə Nazirliyi rəhbərinin köməkçisi Valeri Revenko sentyabrda Rusiya ilə birgə “Zapad-2025” strateji təlimlər keçirəcəyini açıqlamışdı.

DOĞRU.AZ

Seçilən
27
dogru.az

1Mənbələr