Misli Premyer Liqasının XXVI turunda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. Paytaxt klubunun heyətində sarı vərəqə limitini dolduran Amin Seydiyev cəzalıdı.
Zədəli oyunçulardan isə Ayaz Quliyevlə Abdulla Xaybulayev görüşü buraxacaq, Kehim Parrislə Namik Abdullayevin isə oynayıb-oynamayacağı bəlli deyil.
“Şamaxı”nın heyətində yalnız Mikels zədəlidi. Fərdi məşqlərini davam etdirən oyunçu “Sabah”a qarşı forma geyinə bilməyəcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.