AZ

Suriyada toqquşmalarda 532 nəfər həlak olub

Suriyanın Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan etibarən davam edən qarşıdurmalar nəticəsində azı 532 mülki vətəndaş həlak olub.

Tribunainfo.az xəbər verir ki, toqquşmalar başlayandan bəri ölənlərin ümumi sayı 745-ə çatıb.

Onların arasında 213 silahlı şəxs də var. Onlardan 93-ü Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları, 120-si isə keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının yaratdığı silahlı dəstələrin üzvləridir.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Əsədin tərəfdarları arasında silahlı qarşıdurmalar baş verib. Ən gərgin döyüşlər isə Əsəd ailəsinin mənsub olduğu dini azlıq – ələvilərin yaşadığı Cəblə şəhərində qeydə alınıb.

Seçilən
18
31
tribunainfo.az

10Mənbələr