AZ

Öcalan əməliyyat olunubmuş...


PKK terror təşkilatının lideri Abdullah Öcalan katarakta əməliyyatı olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gazete Duvar” məlumat yayıb.
Bildirilib ki, əməliyyat Öcalanın saxlanıldığı İmralı adasındakı həbsxanaya terror təşkilatının silahı yerə qoyması istiqamətində danışıqlar üçün gedən nümayəndə heyətinin üzvləri Pervin Buldan və Sırrı Süreyya Öndərin dekabrın 28-də ilk səfəri ilə yanvarın 22-də ikinci səfəri arasında həyata keçirilib.
İkinci görüşdə nümayəndə heyətinə Öcalanın bir gözündən katarakta əməliyyatı olunduğu bildirilib.
Qeyd olunub ki, cərrahi əməliyyat elə İmralı adasında baş tutub. Öcalanın digər gözündən də əməliyyat olunmasının planlaşdırıldığı bildirilib.
Seçilən
16
yeniavaz.com

1Mənbələr