ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend əyalətində yanğınlar başlayıb.
ABC News-un məlumatına görə, adada yerləşən Sauthempton şəhərinin hakimiyyəti fövqəladə vəziyyət elan edib.
Yanğınsöndürənlərdən birinin üzündə ikinci dərəcəli yanıq aldığı və xəstəxanaya yerləşdirildiyi qeyd edilir.
Yanvar ayında Los-Ancelesin şimalındakı dağlarda güclü yanğın başlayıb. 30 000-dən çox insan məcburi təxliyə bildirişləri alıb.
Daha sonra məlumat verildi ki, Kaliforniya hakimiyyəti Los-Ancelesdəki yanğınlarla mübarizə üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.
DOĞRU.AZ