Bu gün Azərbaycan Basketbol Liqasında XVII tur iki oyunla başa çatacaq.
İdman.biz xəbər verir ki, hər iki qarşılaşma B qrupunda keçiriləcək.
Saat 14:00-da start götürəcək oyunda liderliyi qaytarmağa çalışan "Gəncə" evdə "Lənkəran"la qüvvəsini sınayacaq. Meydan sahibləri 28 xalla qrupda ikinci, qonaqlar isə 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıblar.
Tur saat 19:00-da başlayacaq "Sumqayıt" - "Ordu" matçı ilə yekunlaşacaq. Sumqayıtlılar 22 xalla qrupda dördüncü, "hərbçilər" isə 27 xalla üçüncüdürlər.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
XVII tur, 9 mart
B qrupu
14:00 "Gəncə" - "Lənkəran"
Gəncə İdman. sarayı
19:00 "Sumqayıt" - "Ordu"
Sumqayıt OİK
1 | Şəki | 17 | 13 | 4 | 1547-1359 | 28 |
2 | Gəncə | 16 | 12 | 4 | 1288-1138 | 28 |
3 | Ordu | 16 | 11 | 5 | 1414-1242 | 27 |
4 | Sumqayıt | 16 | 6 | 10 | 1362-1490 | 22 |
5 | Quba | 17 | 4 | 13 | 1355-1478 | 21 |
6 | Lənkəran | 16 | 3 | 13 | 1229-1447 | 19 |
İdman.biz