AZ

Davada iştirak edən “Qarabağ”ın oyunçularını elə bir cərimə gözləyir ki… VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) gərgin anlar yaşanıb.

80-ci dəqiqələrdə Ağdam klubunun yarımmüdafiəçisi Yassin Benzia rəqibi Felipe Santosu qıcıqlandırıb.

Bu isə hər iki komandanın futbolçularının əlbəyaxa davasına səbəb olub.

Nəticədə "Araz-Naxçıvan"dan Felipe Santos qırmızı, Bəxtiyar Həsənalızadə və Karlos Jatoba sarı vərəqələr alıblar. "Qarabağ"dan isə Marko Yankoviç və Yassin Benziaya sarı vərəqə göstərilib.

Qurban Qurbanov Mərdəkanda yerləşən stadionda baş verən qalmaqallı olaya sərt reaksiya göstərib. "Köhlən atlar"ın çalışdırıcısı matçdan sonra komandasının üzvlərini möhkəm tənbeh edib.

O, bu dava-dalaşın heç bir tərəfə yaraşmadığını, həmişə nizam-intizama xüsusi önəm verdiyini bildirib.

Təcrübəli mütəxəssis əlbəyaxa davada iştirak edən futbolçuların hər birinin böyük miqdarda cərimələnəcəyini söyləyib.

Deyib ki, "Qarabağ"ın formasını geyinən hər bir oyunçu özünü nümunəvi aparmalı, sərgilədiyi gözəl futbolla adından söz etdirməlidir.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr