Bakı. Trend:
Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Trend-əMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə arabirduman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlardagecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.