AZ

Mask növbəti kütləvi ixtisar aparır: 25 min dollara…

ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin bütün işçilərinə cümə günü 25 000 dollar ödəniş müqabilində könüllü olaraq istefa vermək imkanı barədə məktub göndərilib.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” mənbəyə istinadən məlumat yayıb.

İşçilərə cavab üçün 14 mart tarixinə qədər vaxt verilib.

Qeyd edilib ki, bu, Tramp administrasiyasının büdcə xərclərini kütləvi ixtisarlar və maliyyə ixtisarları yolu ilə azaltmaq səylərinin bir hissəsidir. Bu proses əsasən milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə həyata keçirilir.

Federal agentlik fevral ayında 62 200-dən çox iş yerinin ixtisar edildiyini elan edib.

Seçilən
16
axar.az

1Mənbələr