AZ

Ana və övladları öldü, atanın vəziyyəti ağırdır - İmişlidəki faciənin təfərrüatı

Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib...

Poliqon modern.az-a istinadən xəbər verir ki, hadisə Bəhrəmtəpə qəsəbəsində baş verib.

Hadisə nəticəsində 3 nəfər həyatını itirib. Azadova Mehriban İdris qızı və onun övladları - Azadov Məhəmməd və Azadova Fatimə ölüb.

Ailə başçısı Azadov Vasif Əlirza oğlu xəstəxana yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, 1989-cu il təvəllüdlü Vasif Azadov ötən bu gün saat 21:30-da dəm qazından zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Poliqon.info 

 
Ətraflı
Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.


 
 
 
 
 
 
 
 

Seçilən
25
6
poliqon.info

7Mənbələr