8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 18.02.2025-ci il tarixində Kürdəmir rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə bütün şöbələrin tibb bacılarına “Tibbi tullantıların idarə olunması“ mövzusunda ümumilikdə 30 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Ekologiya.az bildirir ki, tədbirdə iştirakçıların sualları cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.