AZ

"Özümü Messi və ya Ronaldodan daha yaxşı futbolçu hesab etməmişəm”

“Barselona”nın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Xavi karyerası ərzində heç vaxt “qızıl top”u qazanmaması haqda danışıb.

Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu “qızıl top”un səsverməsində üç dəfə üçüncü olması ilə fəxr edir:

“Mən heç bir halda özümü Lionel Messi və ya Kriştiano Ronaldodan daha yaxşı futbolçu hesab etməmişəm.

Oyunda yaradıcı mən idim, amma matçların nəticəsini özüm həll etmək imkanım yox idi. Mən fəxr edirəm ki, “qızıl top”un səsverməsində üç dəfə üçüncü oldum”.

Xavi ardıcıl üç dəfə (2009-2011-ci illər) “qızıl top” üçün səsvermədə üçüncü olub. Messi karyerası ərzində 8, Ronaldo isə 5 dəfə “qızıl top”u qazanıb.

Seçilən
32
50
sportinfo.az

10Mənbələr