“Mançester Yunayted” rəhbərliyi hücumçu Coşua Zirkzeedən razıdır.
Msport.az xəbər verir ki, İngiltərə klubu niderlandlı forvardı yay transfer pəncərəsində satmaq istəmir.
İddiaya görə, 41 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edən 23 yaşlı forvardın çıxışı “qırmızı şeytanlar”ı razı salıb. Qeyd olunur ki, qış transfer pəncərəsi zamanı “Yuventus” və “Milan” Niderland millisinin üzvü ilə maraqlansa da, Zirkzee “Old Trafford”da qalmağa qərar verib.
Futbolçunun “Mançester Yunayted”lə 2029-cu ilin yayına qədər müqaviləsi var. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər. Futbolçunun bazar dəyəri 42 milyon avrodur.