"Rafael Fiziyev 3-c raund ərəfəsində çox yoruldu. Uğurlu nəticəyə nail olmaq üçün onda dözümlülük çatmadı".

Offsideplus.az xəbər verir ki, bu sözləri Rusiyanın "Ural" klubunun idman diektoru Kirill Sidelnikov deyib.

O, bu gün ABŞ-ın Las Veqas şəhərində keçirilən UFC313 turnirində yerli idmançı Castin Qeyciyə məğlubiyyətə baxmayaraq, azərbaycanlı Rafael Fiziyevin yaxşı döyüşdüyü bildirib: "Döyüş əla alındı. Maraqlı, parlaq təəssürat yaratdı. Görüşün taleyini Rafaelin yorğunluğu həll etdi. Hərçənd o, döyüşə gümrah başlamışdı və birinci raundda qalib gəlmişdi. Görünür, ikinci raunnda buraxılan zərbələr öz sözünü dedi".

Qeyd edək ki, R.Fiziyev hakimlərin yekdil qərarı ilə karyerasında 4-cü dəfə məğubiyyətlə üzləşib.